Azərbaycan çempionatının 19-cu turunda keçirlimiş “Sabah”la matçın 26-cı dəqiqəsində zədələnərək meydanı tərk etmiş “Qarabağ” futbolçusu Toral Bayramovun durumuna aydınlıq gəlib. 

Klubun mətbuat xidməti xəbər verir ki, MRT müayinəsindən sonra futbolçunun əzələ toxumalarında xəsarət aşkarlanıb. Müayinəyə əsasən, zədənin ciddi olmadığı müəyyənləşib. Həkimlər Bayramovu Premyer Liqanın 20-ci turunda keçiriləcək “Zirə” ilə oyuna hazır etməyə çalışacaqlar.